Medianews.az
Azərbaycan nefti: yeni qiymət, büdcə qiyməti
201 baxış

Azərbaycan nefti: yeni qiymət, büdcə qiyməti

İyunun 23-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 80,43 dollara təklif olunur. Medianews.az bildirir ki, bu, büdcə qiymətindən 15,43 dollar yuxarı göstəricidir.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58 dollarla başlayıb.

Neftin qiyməti fevralın 28-də İran ətrafında gərginlik dalğasında oynayır.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib. 2026-cı ilin ilk beş ayında ölkədə kondensatla birlikdə 11 milyon ton neft çıxarılıb, xaricə 5,1 milyard dollarlıq xam neft və xam neft məhsulu göndərilib.

Medianews.az

Bizə qoşulun