Medianews.az
Azərbaycan məktəblərində şagird sıxlığı –
321 baxış

Azərbaycan məktəblərində şagird sıxlığı – TAM STATİSTİKA

Müəllimin əməkhaqqısının formalaşması birbaşa məktəbdəki şagird sayı, siniflərin komplektləşdirilməsi və müvafiq qüvvədə olan tarifləşdirmə cədvəlləri ilə müəyyən olunur. Sinif sayı çox olan məktəblərdə dərs yükü daha çox olur, bu isə müəllimin həm əsas əməkhaqqısına, həm də əlavə ödəmələrinə təsir göstərir. Əmək münasibətlərinin hüquqi bazası “Ümumi təhsil haqqında” qanun və tarif cədvəlləri ilə tənzimləndiyi üçün məktəblərdəki şagird sıxlığının analizi müəllim yüklənməsi və əməkhaqqı siyasətinin real mənzərəsini göstərmək baxımından olduqca vacibdir.

Aşağıdakı statistikada ölkə üzrə məktəblərin şagird sıxlığına görə paylanmasını tam şəkildə təqdim edirəm.

Şagird sayına görə məktəb:

  • 10 şagirddən az – 94 məktəb (2%)
  • 20 şagirddən az – 247 məktəb (6%)
  • 30 şagirddən az – 401 məktəb (10%)
  • 40 şagirddən az – 552 məktəb (14%)
  • 50 şagirddən az – 684 məktəb (17%)
  • 60 şagirddən az – 789 məktəb (20%)
  • 70 şagirddən az – 918 məktəb (23%)
  • 80 şagirddən az – 1 038 məktəb (26%)
  • 90 şagirddən az – 1 136 məktəb (28%)
  • 100 şagirddən az – 1 241 məktəb (31%)
  • 150 şagirddən az – 1 812 məktəb (45%)
  • 200 şagirddən az – 2 175 məktəb (54%)
  • 500 şagirddən az – 3 147 məktəb (78%)
  • 1000 şagirddən az – 3 637 məktəb (90%)
  • 1500 şagirddən az – 3 833 məktəb (95%)
  • 2000 şagirddən az – 3 933 məktəb (97%)
  • Bütün məktəblər – 4 036 məktəb (100%)

Kamran Əliyev,
təhsil eksperti

Bizə qoşulun