Medianews.az
Azərbaycan: harada nə qədər maaş verirlər?
145 baxış

Azərbaycan: harada nə qədər maaş verirlər?

Dövlət Statistika Komitəsi 2026-cı il mayın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqını 1172,1 manat göstərib.

Medianews.az bildirir ki, fəaliyyət növlərində orta maaş belə rəsmiləşib:

mədən sənayesi – 4327,8 manat;

maliyyə və sığorta fəaliyyəti – 3261,5 manat;

informasiya və rabitə – 2158,8 manat;

peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1989,9 manat;

dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1707,2 manat;

nəqliyyat və anbar təsərrüfatı – 1559,2 manat;

daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1352,8 manat;

tikinti – 1249,8 manat;

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1146 manat;

emal sənayesi – 1049,5 manat;

əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 952,7 manat;

istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 891,1 manat;

təhsil – 823,7 manat;

turistlərin yerləşdirilməsi və ictimai iaşə – 805,8 manat;

inzibati və yardımçı xidmətlərin göstərilməsi – 804,7 manat;

su təchizatı, tullantıların təmizlənməsi və emalı – 788,8 manat;

ticarət; nəqliyyat vasitələrinin təmiri – 764,7 manat;

kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 744,1 manat.

Ölkədə minimum maaş 400 manatdır.

Medianews.az

Bizə qoşulun