Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2026-cı ilin yanvarında Azərbaycandan 1 milyard 238,1 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
Medianews.az bildirir ki, ünvanlar belə sıralanıb: İtaliya, Rumıniya, Portuqaliya, Almaniya, Xorvatiya, Çexiya, Bolqarıstan, Tunis, Türkiyə, İndoneziya, Yunanıstan.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 65,71, fevrala 69,72 dollarla start verib.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.