Medianews.az
Azərbaycan gənclərinin neçə faizi işsizdir? -
108 baxış

Azərbaycan gənclərinin neçə faizi işsizdir? - Rəsmi statistika

İqtisadçı deputat Vüqar Bayramov Azərbaycanda gənclərin sayı, sosial vəziyyəti, təhsili ilə bağlı rəsmi statistikanı təqdim edib.

V.Bayramov Medianews.az-a açıqlamasında deyib ki, hazırda 10 milyon 224 min nəfərlik ölkə əhalisinin 2 milyon 300 mini 14-29 yaşındadır: “Onların 1 milyon 206 mini kişi, 1 milyon 94 min isə qadındır. Rəsmi statistikaya əsasən, gənclərin 5,3 faizi işsizdir. Bu yaş qrupu üzrə işsizlik səviyyəsi kişilər arasında 4,6, xanımlar arasında isə 6,1 faizdir.

2726 gəncimiz fəlsəfə, 578 nəfəri isə elmlər doktorluğu almaq üçün təhsillərini davam etdirir. Fəlsəfə doktorluq dərəcəsi almaq istəyən gənclərimizin sayında artımlar olsa da, elmlər doktoru olmağa can atanların sayı azalıb.

Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 2,5 faizini 25 yaşadək, 13,7 faizini 25-29 yaşda olan gənclər təşkil edir. 2024/2025-cü tədris ilinin əvvəlinə xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı 1111 nəfər olub. Onlardan 212 nəfəri MDB ölkələrini, qalanı digər dövlətləri seçib”.

Xatırladaq ki, dünən ölkəmizdə Gənclər Günü idi.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun