Medianews.az
Azərbaycan əhalisinin yaxın 4 ildə gəlirləri və xərcləri üzrə
100 baxış

Azərbaycan əhalisinin yaxın 4 ildə gəlirləri və xərcləri üzrə proqnozlar açıqlanıb

2030-cu ildə Azərbaycan əhalinin gəlirlərinin 135,4 milyard manata, xərclərinin isə 133,6 milyard manat çatması gözlənilir.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, 2027-ci ildə əhalinin gəlirləri 106,2 milyard manat, xərcləri 104,3 milyard manat, 2028-ci ildə əhalinin gəlirləri 114,6 milyard manat, xərcləri 112,8 milyard manat, 2029-cu ildə isə əhalinin gəlirləri 124,8 milyard manat, əhalinin xərcləri isə 122,9 milyard manat olacaq.

2025-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 89 milyard 916 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 8 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 7,6 % artaraq 8 778 manata çatıb./report

Bizə qoşulun