Medianews.az
Azərbaycan: əhali sayında üstün olan 15 şəhər və rayon
174 baxış

Azərbaycan: əhali sayında üstün olan 15 şəhər və rayon

Dövlət Statistika Komitəsi 2026-cı il yanvarın 1-nə Azərbaycan əhalisinin sayını 10 milyon 262,4 min nəfər göstərib.

Medianews.az bildirir ki, həmin dövrə Bakıda 2 milyon 356,2 min, Abşeron rayonunda 435,2 min, Sumqayıtda 428,2 min, Gəncədə 331,1 min nəfər əhali qeydə alınıb.

İlk onluqda Masallı (228,7 min nəfər əhali), Lənkəran (228,6 min nəfər), Cəlilabad (221,1 min nəfər), Şəmkir (219,1 min nəfər), Şəki (185,2 min nəfər), Sabirabad (183,1 min nəfər) da var.

Tovuzda 178,8 min, Ağdamda 176,4 min, Xaçmazda 176,1 min, Qubada 172,2 min, Bərdədə 158,6 min nəfər əhali rəsmiləşib.

Medianews.az

Bizə qoşulun