Medianews.az
Azərbaycan diplomatları Təbrizdən çıxarıldı -
46 baxış

Azərbaycan diplomatları Təbrizdən çıxarıldı - RƏSMİ

Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun heyətinin təxliyəsi başa çatıb.

Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, Tehrandakı səfirliyimizin heyətinin isə böyük hissəsi təxliyə edilib.

Qeyd edək ki, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verildiyini bəyan edib.

Bizə qoşulun