Medianews.az Mərkəzi Bankın statistik bülleteninə nəzər salıb.
Hesabata görə, 2026-cı il aprelin 1-nə 22 bankın 505 filialı, 85 şöbəsi qeydə alınıb. Bankların cəmi aktivləri 57 milyard 960,8 milyon manat, cəmi öhdəlikləri 50 milyard 292,5 milyon manat göstərilir.
30 milyard 290,3 milyon manatlıq kredit portfelinin strukturu belə rəsmiləşib: biznes kreditləri – 53,5 faiz, istehlak kreditləri – 31,3 faiz, ipoteka kreditləri – 15,2 faiz.
Fərdi sahibkarlıqla məşğul olanları çıxmaqla fiziki şəxslərin 16 milyard 588,3 milyon manatlıq əmanətlərinin 69,1 faizinin milli valyutada, 30,9 faizinin xarici valyutada qoyulduğu xəbər verilir.
Qeyd olunur ki, bank sektoru üzrə əmanətçi sayı aprelin 1-nə 207,5 min nəfərə çatıb.