Medianews.az
Azərbaycan “Avroviziya” yarışlarında –
208 baxış

Azərbaycan “Avroviziya” yarışlarında – 18 illik tarixçə

Medianews.az Azərbaycanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak tarixçəsinə nəzər salıb.

Avropa Yayım Birliyinin layihəsi olan yarış 1956-cı ildən keçirilir. Azərbaycan 2008-ci ildən başlayaraq 18 “Avroviziya”da iştirak edib. 2011-ci ildəki təmsilçilər Nigar Camal və Eldar Qasımov qalib olub və növbəti yarışa – “Avroviziya 2012”yə paytaxt Bakı ev sahibliyi edib, Azərbaycan təmsilçisi Səbinə Babayeva 4-cü yeri tutub.

Medianews.az bildirir ki, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri götürüb.

2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yerə, 2015-ci ildə Elnur Hüseynov 12-ci yerə, 2017-ci ildə Diana Hacıyeva 14-cü yerə, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yerə, 2016-cı ildə Səmra Rəhimli 17-ci yerə, 2021-ci ildə Samirə Əfəndi 20-ci yerə, 2014-cü ildə Dilarə Kazımova 22-ci yerə sahib çıxıb.

2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov, 2025-ci ildə “Mamaqama” qrupu, 2026-cı ildə Cəmilə Həşimova yarımfinalda ələnib.

İndiyədək yarışda Azərbaycanla yanaşı 26 ölkə zəfər yaşayıb. İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya və Portuqaliya 1 dəfə qalib gəlib.

Avstriyanın paytaxtı Vyanada keçirilən “Avroviziya 2026”da qələbəyə Finlandiya şanslı sayılır. Bu ölkəni Linda Lampenius və Pete Parkonnen dueti təmsil edir.

Final mayın 16-na təyin olunub.

Medianews.az

Bizə qoşulun