Medianews.az
Aysel: "4 gün ağrıkəsicilər içdim, çox ağrılı keçirdim"
85 baxış

Aysel: "4 gün ağrıkəsicilər içdim, çox ağrılı keçirdim"

Müğənni Aysel Əlizadə keçirdiyi əməliyyatla bağlı açıqlaması ilə diqqət çəkib.

Sənətçi bildirib ki, əməliyyat estetik məqsəd daşımayıb və səhhətində yaranan problem səbəbindən təcili müdaxiləyə ehtiyac yaranıb.

Ayselin sözlərinə görə, bağda olarkən yemək yeyən zaman qəfil ağrıları başlayıb. Əvvəlcə narahatlığın keçəcəyini düşünsə də, vəziyyəti getdikcə ağırlaşıb. Bundan sonra yaxınlıqdakı klinikaya müraciət edən müğənni həmin gün əməliyyata alınıb.

İfaçı qeyd edib ki, əməliyyatın böyük olmadığı deyilsə də, bərpa prosesi onun üçün kifayət qədər çətin keçib. O, dörd gün ərzində ağrıkəsici qəbul etdiyini və ciddi ağrılar yaşadığını bildirib.

Müğənni əlavə edib ki, əməliyyat ənənəvi kəsik üsulu ilə deyil, lazer vasitəsilə həyata keçirilib./milli.az/

Bizə qoşulun