Türk kinosunun tanınmış simalarından Kadir İnanır uzun sürən müalicədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Medianews.az bildirir ki, 2024-cü ildə üçüncü dəfə beyin laxtası keçirdiyi üçün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. 76 yaşlı aktyor təxminən 4 aylıq reanimasiyadan sonra evə buraxılmışdı. Bundan sonra onun fiziki hərəkət qabiliyyətinin bərpası üçün müalicə davam edirdi.
Adətən əlil arabasında görünən İnanır bu dəfə yaxın dostları ilə şam yeməyində ayaq üstə görüntülənib.
Aktyor bildirib ki, müalicə prosesi uğurla gedir: “Fiziki terapiyam yaxşı nəticə verir, ayaqda dura bilməyim buna borcludur”.
Onun son görüntüləri pərəstişkarları arasında ümid və sevinc yaradıb.
Medianews.az