Avstriyanın paytaxtı Vyananın ev sahibliyi etdiyi “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalında yarışan Azərbaycan təmsilçisi Cəmilə Həşimova ələnib.
Medianews.az xəbər verir ki, 14 may heyətindən finala bu ölkələr keçib:
Bolqarıstan
Rumıniya
Çexiya
Kipr
Danimarka
Avstraliya
Ukrayna
Albaniya
Malta
Norveç.
Mayın 12-də keçirilmiş birinci yarımfinalı bu ölkələr dəf eləyib:
Moldova
İsveç
Xorvatiya
Yunanıstan
Finlandiya
İsrail
Belçika
Litva
Polşa
Serbiya.
Almaniya, Avstriya, Böyük Britaniya, Fransa və İtaliya müsabiqəyə finalda (16 may) qoşulur.
İctimai teleradiolar qurumu – Avropa Yayım Birliyinin layihəsi olan “Avroviziya” müsabiqəsində 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.