Medianews.az
Avropa və ABŞ arasında yeni
97 baxış

Avropa və ABŞ arasında yeni siyasi soyuqluq

Qərb mətbuatı dünya liderlərinin ABŞ prezidenti Donald Tramp ilə münasibətlərdə çətinlik yaşadığını yazır.

Medianews.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Avropa liderləri artıq Trampı razı salmaq siyasətindən yorulublar və bu yanaşma əvvəlki kimi nəticə vermir. Məqalədə bildirilir ki, Almaniya kansleri Fridrix Merts ABŞ-nin Yaxın Şərq siyasətindəki səhvləri tənqid etdikdən sonra Ağ Ev tərəfindən narazılıqla qarşılanıb.

Böyük Britaniyanın baş naziri Kir Starmer isə müharibə səbəbindən enerji qiymətlərinin artdığını deyərək Trampdan narazılığını ifadə edib.

İtaliyanın baş naziri Corca Meloni də Trampın mövqeyinə qarşı çıxaraq müzakirələrə qoşulub.

Ümumilikdə qeyd olunur ki, Avropa liderləri artıq ABŞ ilə münasibətlərdə ya Trampı razı salmaq, ya da öz ölkələrinin maraqlarını qorumaq arasında seçim etmək məcburiyyətində qalırlar.

Medianews.az

Bizə qoşulun