Avropanın aparıcı milli futbol çempionatlarında ikinci dövrə oynanır.
Medianews.az bildirir ki, İngiltərə çempionatında “Arsenal” 50 xalla öndədir. “Mançester Siti” və “Aston Villa” 43, “Liverpul” 36, “Mançester Yunayted” 35, “Çelsi” 34 xal yığıb.
İspaniya çempionatında “Barselona” 49, “Real” 48, “Atletiko” və “Vilyarreal” 41 xal götürüb.
İtaliya çempionatında “İnter” liderlik edir: 49 xal. “Milan” 46, “Napoli” 43, “Roma” 42, “Yuventus” 39 xal toplayıb.
Almaniya çempionatında “Bavariya” 50, “Borussiya” (Dortmund) 39, “Hoffenhaym” və “Ştutqart” 33, “Leypsiq” 32 xal qazanıb.
Fransa çempionatında “Lans” 43, PSJ 42, “Marsel”35, “Lion” 33, “Lill” 32, “Renn” 31 xal əldə edib.