Medianews.az
Atalıq kişilərin daha məhsuldar işləməsinə səbəb olur -
82 baxış

Atalıq kişilərin daha məhsuldar işləməsinə səbəb olur - Yeni ARAŞDIRMA

Atalıq və çoxuşaqlılıq yaradıcılıq kişilərin fəaliyyətinə mane olmur və bəzi hallarda peşəkar fəallığın artması ilə üst-üstə düşür.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı alim Pyotr Kuliçki araşdırma aparıb.

Araşdırma çərçivəsində alim müxtəlif dövrlərə aid 6 453 bəstəkarın bioqrafiyasını təhlil edib və onların yaradıcılıq aktivliyini uşaqlarının doğulduğu dövrlərlə müqayisə edib.

Nəticələr göstərib ki, bir çox bəstəkar məhz övladlarının dünyaya gəldiyi dövrdə daha irihəcmli əsərlər - simfoniyalar, operalar və konsertlər yazmağa başlayıb.

Tədqiqat müəllifinin fikrincə, böyük ailə məsuliyyət hissini artıraraq insanı daha fəal işləməyə və öz potensialını reallaşdırmağa sövq edə bilər.

Bizə qoşulun