Medianews.az
Astarada mikroavtobus aşıb:
190 baxış

Astarada mikroavtobus aşıb: ölənlər və xəsarət alanlar var

Yanvarın 3-də saat 16:40 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

"S. Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmənin itirilməsi nəticəsində aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin ölüb, 7 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır",-deyə məlumatda qeyd olunur.

Bizə qoşulun