Malayziyada baş verən ağır yol qəzası 18 yaşlı gəncin ölümü ilə nəticələnib.
Medianews.az xəbər verir ki, qarşı zolaqla hərəkət edən “Volkswagen Golf” markalı avtomobil işıq dirəyinə çırpılıb.
Aşan dirək isə ata və oğulun olduğu maşının üzərinə düşüb. Zərbənin təsirindən gənc ağır xəsarət alaraq vəfat edib. Hadisə zamanı avtomobili idarə edən ata isə yüngül xəsarət alıb.
Ailə hadisəyə səbəb olan sürücüyə qarşı məhkəməyə müraciət etməyə hazırlaşır.
Medianews.az