Tiktokda daha çox "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyevanın səhhəti pisləşib.
Medianews.az bildiri ki, bu barədə tiktokerin vəkili Hikmət Əliyev məlumat verib.
Vəkilin sözlərinə görə, ona müntəzəm olaraq həkim nəzarəti lazımdı.
Vəkil onu da bildirib ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriləcək.
Xatırladaq ki, iyulun 2-də Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
O, 2025-ci ilin iyununda paytaxtın Mərdəkan qəsəbəsində bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnmiş avtomobil qəzasında təqsirli bilinib./Unikal