Rusiyanın Lyubertsı şəhərində sərxoş 35 yaşlı kişi həyat yoldaşı və azyaşlı uşağını 11-ci mərtəbənin pəncərəsindən atmaqla hədələyib.
Medianews.az xəbər verir ki, məlumata görə, qonşuların səs-küyü eşitməsi nəticəsində polisə məlumat verilib və hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Polis vaxtında müdaxilə edərək vəziyyətin faciəyə çevrilməsinin qarşısını alıb.
Saxlanılan şəxs öz davranışını “bir az içmişdim” sözləri ilə izah edib. Onun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olduğu bildirilir.
Medianews.az