Medianews.az
Artıq çəki və yorğunluğun
81 baxış

Artıq çəki və yorğunluğun gizli SƏBƏBİ

Endokrinoloq Tamila Ağayeva bildirib ki, orqanizmdə yod çatışmazlığı artıq çəki, daimi yorğunluq və diqqət zəifliyi kimi problemlərə səbəb ola bilər.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, yod qalxanabənzər vəzin normal fəaliyyəti və hormonların sintezi üçün vacibdir.

Bu maddənin azlığı depressiya, yaddaş zəifləməsi, halsızlıq, boyun nahiyəsində narahatlıq və udma problemləri ilə də özünü göstərə bilər.

Mütəxəssis qeyd edib ki, ciddi yod çatışmazlığı qalxanabənzər vəzin böyüməsinə və düyünlərin yaranmasına yol aça bilər. Profilaktika məqsədilə yodlaşdırılmış duzdan istifadə və düzgün qidalanma tövsiyə olunur. Hamilə qadınların, uşaqların və qalxanabənzər vəzi xəstələrinin yod səviyyəsinə xüsusi diqqət yetirməsi vacib sayılır.

Medianews.az

Bizə qoşulun