Dünya çempionatlarında ardıcıl 6 turnirdə bombardirlər 6 qol vurublar.
Medianews.az "Report"a istinadən xəbər verir ki, 1978-ci ildə Argentinada təşkil olunan yarışdan 1998-ci ildə Fransada keçirilən turnirə qədər ən məhsuldar futbolçular eyni sayda qolla yadda qalıblar.
Məhsuldarlıq seriyasını 1978-ci ildə Argentinanı çempionluğa daşıyan Mario Kempes başladıb, 1982-ci ildə isə Paolo Rossi İtaliya komandası üçün eyni uğuru təkrarlayıb.
İngiltərəli Qari Lineker 1986-cı ildə, italiyalı Salvatore Skillaçi isə 1990-cı ildə 6 qolla ən məhsuldar oyunçular olublar. 1994-cü ildə rusiyalı Oleq Salenko və bolqarıstanlı Xristo Stoiçkov da eyni sayda fərqlənməklə bombardirlik mükafatını bölüşüblər. Xorvatiyalı Davor Şuker 1998-ci ildə digər futbolçuları qabaqlayıb.
Braziliyalı Ronaldo 2002-ci ildə 8 qol vurmaqla bu seriyaya son qoyub.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.