Avropanın aparıcı milli futbol çempionatlarında turnir vəziyyəti qismən yenilənib.
Medianews.az bildirir ki, İngiltərə çempionatında “Arsenal” 49 xalla öndədir. “Mançester Siti” və “Aston Villa” 43, “Liverpul” 35 xal yığıb.
İspaniya çempionatında “Barselona” 49, “Real” 45, “Vilyarreal” 41, “Atletiko” 38, “Espanyol” 34 xal götürüb.
İtaliya çempionatında “İnter” liderlik edir: 43 xal. “Milan” 40, “Napoli” və “Roma” 39, “Yuventus” 36 xal toplayıb.
Fransa çempionatında “Lans” 40, PSJ 39, “Marsel” və “Lill” 32, “Lion” və “Renn” 30 xal əldə edib.
Almaniya çempionatında “Bavariya” 44, “Borussiya” (Dortmund) 33, “Leypsiq”, “Bayer” və “Ştutqart” 29 xal qazanıb.