Medianews.az
Antonio Konte İtaliya millisinin baş məşqçi vəzifəsinə
94 baxış
Yüklə

Antonio Konte İtaliya millisinin baş məşqçi vəzifəsinə əsas namizəd olub

Antonio Konte İtaliya millisinin baş məşqçisi postuna əsas namizəd olub.

Medianews.az "Report"a istinadən məlumatına görə, İtaliya Futbol Federasiyasının prezidentliyinə namizədlər Covanni Malaqo və Cankarlo Abete "Napoli"nin hazırkı çalışdırıcısının yığmaya qayıtmasını dəstəkləyirlər.

Mənbənin məlumatına görə, Malaqo və Abete prezidentlik yarışında əsas iddialçılar hesab olunurlar. Baxmayaraq ki, bir müddət əvvəl Paolo Maldini, Alessandro Del Pyero və Demetrio Albertini kimi əfsanələrin də seçkilərə qatıla biləcəyi barədə şayiələr yayılmışdı.

Hazırda Antonio Konte üçün əsas alternativ variantlar kimi Roberto Mançini və Massimiliano Alleqrinin adları çəkilir.

İtaliya Futbol Federasiyasının yeni prezidenti iyunun 22-də seçiləcək. Bu səbəbdən millinin ayın əvvəlində keçiriləcək növbəti iki oyunu baş məşqçi vəzifəsini icra edən mütəxəssisin rəhbərliyi altında baş tutacaq.

Qeyd edək ki, Kontenin "Napoli" ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

Bizə qoşulun