Əczaçı Alvaro Fernandes bəzi antibiotiklərin süd məhsulları ilə birlikdə qəbul edilməsinin dərmanların təsirini azaltdığını bildirib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, süd, pendir və qatıq kimi kalsiumla zəngin məhsullar xüsusilə doksisiklin, tetrasiklin və siprofloksasinin mənimsənilməsinə mane olur.
Bu zaman dərman bağırsaqda tam sorulmur və müalicənin effekti zəifləyir.
Mütəxəssis antibiotiklə süd məhsullarının qəbulu arasında ən azı 2-3 saat fasilə saxlamağı tövsiyə edib.
Medianews.az