Medianews.az
Anar onunla görüşmək istəyən “Təhminə”ni Bakıya dəvət etdi -
106 baxış

Anar onunla görüşmək istəyən “Təhminə”ni Bakıya dəvət etdi - FOTO/ÖZƏL

“Meral Konratın mənimlə görüşmək istəməsi çox yaxşı xəbərdir. Görüşmək istəyirsə buyurub gəlsin Bakıya. Mənə də xoş olar. O vaxt Meral xanıma kitabımı da hədiyyə etmişdim və çox sevinmişdi. Hətta mən, Amaliya xanım və Meral xanımın birlikdə şəkilimiz də var. Bilirsiniz ki, Amaliya xanım “Təhminə və Zaur” tamaşasında Fuad Poladovla birlikdə bu əsərdə rol alıb”

Bunu Medianews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

O daha sonra əlavə edib:

“Əlimdə bir senari var, amma 14 ildir ki, çəkilmir. Təklif etmişəm, deyirlər ki, büdcə yoxdur. Ona görə də yeni senarilər yazmaq istəmirəm. “Təhminə” əsərimin filmi də çəkilib, tamaşası da səhnələşdirilib. Bu əsərin daha çürüyünü çıxartmasınlar da. Kifayət qədər tanınmış əsərdir. Yeni nəşrləri çıxır, kitabın oxucu kütləsi çoxdur. Çəkilən yeni film orijinalından yaxşı olmayacaq. Amma bəlkə də orijinalından da yaxşısı çəkilə bilər. Mən buna ehtiyac görmürəm. Bir neçə il bundan əvvəl “Təhminə və Zaur” adlı serial da yayımlandı. Uğursuz da alındı. Rasim Ocaqov bu filmi yaradıb, ondan sonra nəsə çəkməyi nə mənası var idi?”.

Qeyd edək ki, tanınmış türk aktrisası Meral Konrat (Təhminə) bir neçə gün öncə saytımıza açıqlamasında Anarla görüşmək istədiyini bildirmişdi.

Əli Əsgər
Medianews.az

Bizə qoşulun