ABŞ-də benzinin 1 qallonunun pərakəndə satış qiyməti 4,18 dollar olub.
Medianews.az bildirir ki, ABŞ-də benzinin qiyməti fevralın 28-də İrana qarşı müharibəyə başlayandan artır.
Müharibəyə qədər 1 qallon benzin 2,98 dollara idi.
Aprelin 7-də Vaşinqtonla Tehran arasında atəşkəs razılaşması əldə olunsa da, benzinin bahalaşması prosesi dayanmayıb.
Hazırkı 4,18 dollarlıq qiymət 2022-ci ilin avqust ayından bəri rekord göstəricidir.
Son sutka ərzində ABŞ-də pərakəndə satış qiyməti 6 sent artıb.