Medianews.az
Altı ay sonra Trampın adını sildilər -
151 baxış

Altı ay sonra Trampın adını sildilər - VİDEO

ABŞ Prezidenti Donald Trampın adı Con F. Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin fasadından, ora yerləşdirildikdən yarım il sonra yığışdırılıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, bu addım məhkəmənin İfaçılıq Sənətləri Mərkəzinin adının Konqresin müvafiq qanunu olmadan dəyişdirilə bilməyəcəyi barədə qərarına əsasən atılıb.

Fəhlələr cümə günü axşam saatlarında inşaat ləvazimatlarını quraşdırıb, iyunun 13-nə keçən gecə isə təxminən 30 dəqiqə ərzində fasaddakı hərfləri söküblər.

Trampın rəhbərlik etdiyi Mərkəzin İdarə Heyəti ötən ilin dekabrında obyektin adının "Donald Tramp və Con F. Kennedi adına İfaçılıq Sənətləri Memorial Mərkəzi" olaraq dəyişdirilməsinə səs vermişdi.

Mayın sonunda Vaşinqton məhkəməsi Ağ Evin rəhbərinə kompleksin adını dəyişməyi qadağan edib. Məhkəmə həmçinin Trampın adının mədəniyyət müəssisəsinin adından, fasadından və bütün fiziki, eləcə də rəqəmsal lövhələrdən silinməsi barədə göstəriş verib./publika.az

Bizə qoşulun