Medianews.az
Almaniyada meteorit parçaları evlərin üzərinə yağıb -
160 baxış

Almaniyada meteorit parçaları evlərin üzərinə yağıb - VİDEO

Almaniyanın cənub-qərbində meteorit parçaları evlərə ziyan vurub.

Medianews.az BAKU.WS-ə istinadən xəbər verir ki, meteorit parçaları Almaniyanın cənub-qərbindəki Reynland-Pfalts əyalətində yaşayış binalarının damlarına çırpılıb.

Polis bildirib ki, hadisə ötən gün, yerli vaxtla saat 19:00 radələrində Güls şəhərinin Koblenz rayonuna qeydə alınıb.

"Xəsarət alan olmayıb", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə ediblər.

Qeyd olunub ki, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib. Zərərin qiymətləndirilməsi işləri aparılır.

Bizə qoşulun