Medianews.az
Almanın özəyini atmayın -
48 baxış

Almanın özəyini atmayın - səbəbi açıqlandı

Onkoloq Vladimir İvaşkov insanların alma yeyərkən nəyə diqqət etməli olduğumuz danışıb.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, almanın özəyində və tumunda 100 milyona qədər faydalı bakteriya olur. Bu bakteriyalar bağırsaq mikrobiomunu dəstəkləyir və immuniteti gücləndirir.

İvaşkov bildirib ki, alma tumunda zərərli maddə olsa da, zəhərlənmə üçün yetkin insanın təxminən 200 toxum çeynəməsi lazımdır. Bir almada isə adətən 5–8 toxum olur.

Bununla belə, həkim mədə-bağırsaq xəstəlikləri olan insanlara və üç yaşdan kiçik uşaqlara alma toxumları yeməyi tövsiyə etmir.

Medianews.az

Bizə qoşulun