“Alkoqolu qazlı içkilərlə qarışdırmaq toksik maddələr yaratmır, amma sürətli sərxoşluğa səbəb olur”.
Medianews.az xəbər verir ki, bunu rusiyalı terapevt Aleksandr Novikov deyib.
Eyni miqdarda içki daha tez və güclü təsir göstərir. Şirin qazlı içkilər isə alkoqolun dadını gizlədir, bu da daha çox içməyə gətirib çıxarır.
Novikov əlavə edib ki, şəkər və qaz qaraciyər, həmçinin mədəaltı vəziyə əlavə yük yaradır. Xüsusilə qastrit, reflüks və meteorizmə meyilli insanlarda bu qarışım diskomfort, köp və ya yanmaya səbəb ola bilər.
Medianews.az