Medianews.az
Alimdən süni intellekt barədə iddialara
116 baxış

Alimdən süni intellekt barədə iddialara CAVAB

Amerikalı alim Adam Frank süni intellektin insanı tam əvəz edəcəyi fikrinə skeptik yanaşıb.

Medianews.az xəbər verir ki, o, süni intellekti yalnız insanın əlində olan bir alət adlandırıb.

Alimin fikrincə, insan yaradıcılığını tam şəkildə təkrarlamaq mümkün deyil, çünki onun dediyi kimi, “insanın unikal xüsusiyyətlərini formalaşdıran daxili şüur və yaradıcılıq mexanizmi” süni sistemlərdə mövcud deyil.

O qeyd edib ki, süni intellekt bir çox sahədə böyük imkanlar yaratsa da, insan yaradıcılığı hələ də onun çata bilmədiyi bir səviyyədə qalır.

Medianews.az

Bizə qoşulun