Medianews.az
Ali Məhkəməyə iki yeni hakim
72 baxış

Ali Məhkəməyə iki yeni hakim təyin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.

Medianews.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayev də vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunub.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Ali Məhkəmənin hakimlərini təyin edir./APA

Bizə qoşulun