Medianews.az
Aktrisadan gözlənilməz etiraf:
131 baxış

Aktrisadan gözlənilməz etiraf: “Çirkin kişi sevirəm”

Türkiyəli aktrisa Burcu Özberk qatıldığı televiziya proqramında şəxsi həyatı və münasibətlərə baxışı ilə bağlı maraqlı açıqlamalar verib.

Medianews.az xəbər verir ki, o, qarşı cinsdə xarici görünüşdən çox xarizmaya önəm verdiyini bildirib.

Aktrisa klassik yaraşıqlılıq anlayışına uzaq olduğunu deyərək, “Mən çirkin kişi sevirəm. ‘Çirkin kişi xarizması’ deyilən bir anlayış var” sözləri ilə diqqət çəkib.

B.Özberk qeyd edib ki, onu yaxından tanımayan insanlar ilk təəssüratda soyuq və məsafəli biri kimi qəbul edə bilirlər. “Əvvəlcə məni qəribə və soyuq saya bilərlər. Ünsiyyət qurandan sonra isə ‘əslində çox şirinsən’ deyirlər”, – deyə aktrisa bildirib.

Münasibətlərdə qarşılıqlı marağın vacib olduğunu vurğulayan Özberk, eyni diqqəti görmədiyi insanlardan asanlıqla uzaqlaşdığını söyləyib. “Sevməyi və maraq göstərməyi sevirəm, amma qarşı tərəfdən eyni münasibəti görməyəndə soyuyuram”, – deyə o əlavə edib.

Aktrisa hazırda həyatında heç kimin olmadığını, lakin sevgi və münasibətə açıq olduğunu da qeyd edib. Estetiklə bağlı suallara cavab verən Özberk isə indiyədək heç bir estetik əməliyyat etdirmədiyini, lakin gələcəkdə ehtiyac olarsa buna qarşı olmadığını bildirib.

Medianews.az

Bizə qoşulun