Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Medianews.az-ın məlumatına görə, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.
BYD markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb.
Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü Səid Qasımov hadisə yerində ölüblər.
Avtomobildə olan daha iki sərnişin - 2005-ci il təvəllüdlü İsmayıl Baxışov və 2006-cı il təvəllüdlü Şahvələd Şəfaqətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.//Oxu.Az
