Medianews.az
Ağdamda mina partlayışı –
50 baxış

Ağdamda mina partlayışı – Yaralanan var

Ağdamın işğaldan azad olunmuş Yusifcanlı kəndində mina partlayışı baş verib.

Medianews.az-ın məlumatına görə, hadisə nəticəsində kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu xəsarət alıb.

Hazırda ANAMA əməkdaşları yaralının ərazidən çıxarılması üçün hadisə yerindədir.

Faktla bağlı araşdırma davam edir.

Bizə qoşulun