Mütəxəssislər bildirirlər ki, ağcaqanadlar insanları təsadüfi seçmir. Onlar bəzi insanlara digərlərindən daha çox hücum edir və bunun bir neçə səbəbi var.
Medianews.az xəbər verir ki, araşdırmalara görə, xüsusilə birinci qan qrupu olan insanlar ağcaqanadlar üçün daha “cəlbedici” hesab olunur. Həşəratlar insanın bədənindən yayılan kimyəvi maddələr vasitəsilə qan qrupunu müəyyən edə bilir.
Bundan başqa, aşağıdakı amillər də ağcaqanadları cəlb edir:
- fiziki aktivlik zamanı daha çox karbon qazı ifrazı
- yüksək bədən temperaturu
- tərləmə
- tünd rəngli geyimlər
- spirtli içki qəbulu
Alimlər qeyd edir ki, xüsusilə axşam saatlarında idman edən, tünd geyinən və açıq havada spirtli içki qəbul edən insanlar daha çox risk altındadır.
Mütəxəssislər ağcaqanadlardan qorunmaq üçün açıq rəngli və uzunqollu geyimlərdən istifadə etməyi, həmçinin repelentlərdən yararlanmağı tövsiyə edir.
Medianews.az