Medianews.az
Ağcabədidə AĞIR QƏZA:
95 baxış

Ağcabədidə AĞIR QƏZA: ÖLƏN və yaralılar var

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

1999-cu il təvəllüdlü Elçin Fazil oğlu Qasımov idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə 1993-cü il təvəllüdlü Gündüz İsmixan oğlu Süleymanovun idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub. Nəticədə VAZ-2107-nin sürücüsü Gündüz Süleymanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, VAZ-2107-nin sərnişinləri, 2006-cı il təvəllüdlü A.Səlimova və 1973-cü il təvəllüdlü Yalçın Yadulla oğlu Əhmədov xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizə qoşulun