Böyük Britaniyada 14 yaşlı Leksi Braun adi infeksion xəstəlikdən sonra boyundan aşağı iflic olub.
Medianews.az xəbər verir ki, hadisə barədə Mirror nəşri məlumat yayıb.
2025-ci ilin dekabrında yeniyetmənin başgicəllənməsi, yüksək hərarəti və güclü ağrıları başlayıb. Xəstəxanaya yerləşdirilən qız süni komaya salınıb. Həkimlər onun qripin yaratdığı ağırlaşma nəticəsində onurğa insultu keçirdiyini ehtimal ediblər.
Leksi uzun müddət süni nəfəs aparatına qoşulu vəziyyətdə qalıb. O, ayıldıqdan sonra danışa, nəfəs ala və hərəkət edə bilməyib. Anası Steysi Braun bildirib ki, qızı xəstəlikdən əvvəl tam sağlam və aktiv idi, mahnı oxumağı və teatrla məşğul olmağı sevirdi.
Hazırda Leksinin vəziyyətində qismən irəliləyiş müşahidə olunur. O, gündüz saatlarında müəyyən müddət özü nəfəs ala bilir və ətraflarında zəif də olsa hərəkət bərpa olunub. Yeniyetmə artıq danışa bilsə də, traxeostomiya borusuna görə səsi əvvəlkindən daha xırıltılı çıxır.
Medianews.az