Medianews.az
Acqarına içilən qəhvənin
225 baxış

Acqarına içilən qəhvənin gizli təhlükəsi

"Acqarına qəhvə içmək sağlamlıq üçün risk yarada bilər".

Medianews.az xəbər verir ki, bunu qastroenteroloq Marina Studenikina deyib. 

Onun sözlərinə görə, qəhvə öd ifrazını artırdığı üçün öd yolları ilə bağlı problemi olan insanlarda mədəaltı vəzin iltihabına və xroniki pankreatit riskinin yüksəlməsinə səbəb ola bilər.

Həkimin sözlərinə görə, bu xəstəlik qarında ağrı, köp, həzm pozğunluğu və çəki itkisi ilə müşayiət oluna bilər. Buna görə də xüsusilə həzm sistemi problemləri olan şəxslərə qəhvəni acqarına deyil, yeməkdən sonra içmək tövsiyə edilir.

Medianews.az

Bizə qoşulun