Tramp ABŞ siyasəti ilə bağlı fikirlərini həmişə sərbəst şəkildə ifadə edəcək. POTUS (President of the United States – ABŞ Prezidenti) həmişə ABŞ-ın maraqlarına uyğun hərəkət edəcək.
Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Düşünürəm ki, biz bunu edə və Kilsə ilə məhsuldar münasibətlərimizi davam etdirə bilərik. ABŞ-ın NATO-da olmasının əsas səbəblərindən biri Avropada yerləşdirilmiş qüvvələrə sahib olmaq və onları digər mümkün böhranlara yönləndirmək imkanına malik olmasıdır. NATO-nun bəzi üzvlərinə gəldikdə isə, bu, artıq belə deyil. Bu, ciddi şəkildə araşdırılmalı olan problemdir”, - o əlavə edib./axar.az