Medianews.az
ABŞ–NATO gərginliyi artır:
86 baxış

ABŞ–NATO gərginliyi artır: İspaniya ilə bağlı yeni iddia

ABŞ-nin İranla bağlı gərginlik fonunda İspaniyanın NATO üzvlüyünün dayandırılması imkanını nəzərdən keçirdiyi iddia olunub.

Medianews.az-ın “Reuters”a istinadən məlumatına görə, Pentaqondakı daxili yazışmalarda bəzi NATO müttəfiqlərinin İranla bağlı əməliyyatlara dəstək verməməsi səbəbilə onlara qarşı sanksiya və məhdudiyyət variantları müzakirə edilir.

Bu çərçivədə İspaniyanın ittifaqdan çıxarılması və Böyük Britaniyanın Falkland adaları ilə bağlı mövqeyinin yenidən dəyərləndirilməsi də gündəmdədir.

Pentaqonun mətbuat katibi bildirib ki, ABŞ NATO müttəfiqlərindən kifayət qədər dəstək görmədiyini hesab edir.

İspaniya Baş naziri Pedro Sançes isə bu iddialara cavab verərək, rəsmi sənədlərə əsaslandığını və e-poçt məlumatlarını əsas götürmədiklərini deyib.

ABŞ-nin İspaniyada yerləşən Rota Dəniz Bazası və Moron de la Frontera Hərbi Hava Bazası da gərginlik fonunda müzakirə mövzusuna çevrilib.

Məlumatlara görə, ABŞ və bəzi NATO ölkələri arasında İran əməliyyatları ilə bağlı fikir ayrılığı münasibətləri gərginləşdirib. ABŞ-nin bəzi NATO ölkələrində hərbi bazaları bağlamağı da nəzərdən keçirdiyi bildirilir.

Medianews.az

Bizə qoşulun