Medianews.az
ABŞ Karib dənizində şübhəli qayığı vurdu:
148 baxış

ABŞ Karib dənizində şübhəli qayığı vurdu: 3 nəfər öldü - VİDEO

ABŞ-nin Cənub Komandanlığı (SOUTHCOM) Karib dənizində narkotik daşıdığı iddia edilən qayığa zərbə endirdiyini və nəticədə 3 nəfərin öldüyünü açıqlayıb.

Medianews.az xəbər verir ki, rəsmi məlumata görə, əməliyyat zamanı əldə olunan kəşfiyyat məlumatları qayığın narkotik qaçaqmalçılığı ilə məşğul olduğunu təsdiqləyib.

Hadisə ilə bağlı görüntülər də yayılıb.

ABŞ ordusunun son dövrlər Karib hövzəsi və Sakit okeanda oxşar əməliyyatları artırdığı bildirilir. Bu müdaxilələr zamanı şübhəli qayıqların birbaşa hədəfə alınması diqqət çəkir.

Baş verənlər beynəlxalq ictimaiyyətdə mübahisələrə səbəb olub. Bir sıra dairələr bu cür əməliyyatları “məhkəməsiz edam” kimi qiymətləndirir.

Medianews.az

Bizə qoşulun