Medianews.az
ABŞ-də xəstəxanada silahlı insident:
89 baxış

ABŞ-də xəstəxanada silahlı insident: Ölən və yaralı var

ABŞ-nin Delaver ştatında yerləşən Uilminqton şəhərindəki xəstəxanaların birində baş verən atışma zamanı bir nəfər həyatını itirib.

Medianews.az xəbər verir ki, bu barədə CNN telekanalı yerli polisə istinadən məlumat yayıb.

"Uilminqton şəhərindəki xəstəxanada bir nəfərin ölümü və daha bir nəfərin yaralanması ilə nəticələnən silahlı insidentdən sonra cinayətkarın axtarışları davam edir", - deyə məlumatda bildirilib.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin atışmadan sonra tibb müəssisəsini necə tərk etdiyini müəyyənləşdirmək üçün təhlükəsizlik kameralarının qeydlərini araşdırırlar./ Oxu.az

Bizə qoşulun