Medianews.az
ABŞ-də dəhşət:
242 baxış

ABŞ-də dəhşət: Çamadanlardan qızların cəsədi çıxdı

ABŞ-də məktəbin yaxınlığında içərisində iki qızın cəsədi olan çamadanlar tapılıb.

Medianews.az xəbər verir ki, hadisə Ohayo ştatının Klivlend şəhərində baş verib.

Çamadanları itini gəzdirən bir kişi təsadüfən aşkar edib.

İlkin araşdırmaya görə, tapılan cəsədlər iki qaradərili qıza məxsusdur. Hüquq-mühafizə orqanları onların kimliyini hələ müəyyən edə bilməyib. Qızlardan birinin 8–13 yaş, digərinin isə 10–14 yaş arasında olduğu ehtimal edilir. Bildirilir ki, cəsədlər hissələrə bölünməyib.

Polislərin sözlərinə görə, çamadanlar tarlaya bir müddət əvvəl atılıb. Qızların ölüm vaxtı və səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma davam edir.

Medianews.az

Bizə qoşulun