ABŞ-nin Florida ştatında Eylin aviabazasındakı tədqiqat mərkəzində baş verən qəza nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə aviabazadan rəsmi məlumat verilib.
Bildirilib ki, yalnız partlayıcı maddələrin hazırlanması üzrə tədqiqat mərkəzinə zərər dəyib.
Baş verən hadisə ilə bağlı əlavə məlumat verilməyib./oxu.az