ABŞ-nin Missisipi ştatında hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
Bu barədə CBS rəsmilərə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə yerli vaxtla çərşənbə axşamı günortadan sonra ştatın şərq hissəsində baş verib.
Təyyarə yerə dəyməzdən əvvəl göyərtədəki hər iki pilot təhlükəsiz şəkildə katapult edib. Onlar tibbi müayinə üçün tez bir zamanda yerli xəstəxanaya aparılıblar.
Hazırda mütəxəssislər ABŞ Hərbi Dəniz Qüvvələrinin təlim təyyarəsinin qəzaya uğrama səbəbini araşdırırlar./publika.az