Medianews.az
Abbas Əraqçı fevral ayında aviazərbəyə məruz qaldığını
97 baxış

Abbas Əraqçı fevral ayında aviazərbəyə məruz qaldığını İLK DƏFƏ AÇIQLADI

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ və İsraillə münaqişənin başladığı fevral ayında hava hücumlarına məruz qalıb.

Bu barədə iranlı diplomatın özü məlumat verib.

"Bizim yerləşdiyimiz binaya zərbə endirildi, lakin olduğumuz hissə zərər görmədi, binanın digər tərəfi isə dağıldı. Partlayış anında mən orada idim", - deyə nazir Livanın "Al-Mayadeen" telekanalına müsahibəsində bildirib. Onun söhbətinin stenoqramı İran Xarici İşlər Nazirliyi tərəfindən dərc olunub.

Əraqçı həmçinin İranın həlak olmuş ali rəhbəri Əli Xameneinin administrasiyası dövründə Cenevrədə ABŞ ilə nüvə proqramı üzrə aparılan danışıqlardan da bəhs edib./oxu.az

Bizə qoşulun