Medianews.az
Toydan sonra yoxa çıxdı:
91 baxış

Toydan sonra yoxa çıxdı: 9 ərini aldadaraq sərvət topladı

Hindistanda doqquz dəfə evlənib dələduzluq edən qadın axtarılır.  

Medianews.az xəbər verir ki, hadisə Maxaraştra ştatında baş verib.

Məlumata görə, qadın indiyədək 9 dəfə evlənib və hər dəfə ərinin pulunu və qızıl-zinət əşyalarını götürərək qaçıb.

Araşdırma Yoqeş Şindenin şikayətindən sonra başlayıb. O bildirib ki, qadınla evlilik agentliyi vasitəsilə tanış olub. Toydan bir neçə gün sonra isə yeni həyat yoldaşı evdəki pul və qiymətli əşyaları götürərək yoxa çıxıb. Daha sonra məlum olub ki, o, eyni üsulla daha əvvəl də bir neçə kişini aldadıb.

Medianews.az

Bizə qoşulun