Medianews.az
82 yaşlı "Firdevs hanım"ın son halı -
122 baxış

82 yaşlı "Firdevs hanım"ın son halı - FOTO

Türkiyəli aktrisa Nebahat Çehre Almaniyada görüntülənib.

Medianews.az milli.az-a istinadən xəbər verir ki, küçədə kameralara tuş gələn 82 yaşlı sənətçinin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İzləyicilərin bir qismi aktrisanın illərə meydan oxuduğunu və gənc görünüşünü qoruduğunu qeyd edib.

Bəzi sosial media istifadəçiləri isə yayılan fotoların üzərində fotoşop tətbiq olunduğunu iddia ediblər.

Qeyd edək ki, Nebahat Çehre tamaşaçılar tərəfindən xüsusilə "Aşk-ı Memnu" serialında canlandırdığı Firdevs Yöreoğlu və "Muhteşem Yüzyıl" serialındakı Validə Sultan obrazları ilə böyük məşhurluq qazanıb.

Məqaləyə dair fotomateriallar:

    Bizə qoşulun